FT: Kiyev sülh müqaviləsi ilə bağlı referenduma hazırlaşır

Ukraynada 15 maya qədər seçkilər və sülh müqaviləsi ilə bağlı referendum keçirilə bilər.
Bu barədə “Financial Times” (FT) yazıb.
Nəşrin yazdığına görə, ABŞ Ukraynadan 15 maya qədər prezident seçkiləri və Rusiya ilə "istənilən sülh müqaviləsi ilə bağlı" referendum keçirilməsini tələb edib.
Nəşr qeyd edib ki, Kiyev artıq hazırlıqlara başlayıb. “Əgər referendum vaxtında keçirilməsə, Kiyev Vaşinqtonun təklif etdiyi təhlükəsizlik zəmanətlərini itirmək riski ilə üzləşəcək”, - nəşr yazıb.
2025-ci ilin dekabrında Vladimir Zelenski ABŞ və Avropa səsvermənin təhlükəsizliyini təmin etməyə kömək edəcəyi təqdirdə seçkiləri növbəti 60-90 gün ərzində keçirməyə hazır olduğunubildirib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)


