Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Trampdan Tehrana ultimatum: razılaşma, ya da “çox sərt zərbə”

Trampdan Tehrana ultimatum: razılaşma, ya da “çox sərt zərbə”

11 fevral 2026, Çərşənbə
2
0
Trampdan Tehrana ultimatum: razılaşma, ya da “çox sərt zərbə”
 
ABŞ prezidenti Donald Tramp İranla bağlı son dərəcə sərt bəyanatla çıxış edib.
 
Trampın sözlərinə görə, Vaşinqton İranın nə nüvə silahına, nə də raket potensialına sahib olmasına heç bir halda imkan verməyəcək.
 
“Ya biz İranla razılaşma əldə edəcəyik, ya da çox sərt tədbirlər görməli olacağıq”, – deyə ABŞ prezidenti bildirib. Tramp bu “sərt tədbirlərin” konkret nədən ibarət olacağını açıqlamasa da, bəyanat hərbi variantın da gündəmdə saxlanıldığını açıq şəkildə göstərir.
 
Ağ Ev rəhbəri eyni zamanda Yaxın Şərqə daha bir ABŞ aviadaşıyıcısının göndərilməsinin mümkünlüyünü istisna etməyib. Bu isə bölgədə onsuz da yüksək olan gərginliyin yeni mərhələyə keçə biləcəyi ehtimallarını gücləndirir.
Şərh yaz
Şərhlər (0)