Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülhün dəstəklənməsi və Azərbaycan-ABŞ əlaqələrindən danışıb.
"Report" xəbər verir ki, Fidan bu barədə "CNN Türk" telekanalının canlı efirində qeyd edib.
O, sülh prosesində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Trampın münasibətlərinin də rol oynadıını bildirib.
H. Fidan Türkiyə-ABŞ münasibətlərinin müsbət dinamikasının Rusiya-Ukrayna müharibəsinin həll istiqamətində aparılan danışıqlarda, Qəzzada atəşkəsin əldə olunması və Suriya ilə bağlı bölgənin lehinə qərarların verilməsində də özünü göstərdiyini bildirib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
19 yanvar 2026, Bazar ertəsi
Türkiyə Ağ Evi Suriya üzərindən "vurur": ABŞ-ın "terror dövləti" layihəsi boşa çıxır
Şərhlər (0)


