Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Avropa İttifaqı Ankaraya yaxınlaşır

Avropa İttifaqı Ankaraya yaxınlaşır

07 fevral 2026, Şənbə
2
0
 
Avropa–Türkiyə münasibətlərində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan yeni razılaşmalar əldə olunub.
 
 Avropa İttifaqı ilə Türkiyə Gömrük İttifaqının modernləşdirilməsi, eləcə də təhlükəsizlik, nəqliyyat, energetika və rəqəmsallaşma sahələrində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
 
Razılaşma çərçivəsində Türkiyə vətəndaşları üçün çoxgirişli Şengen vizalarının verilməsinin sadələşdirilməsi də planlaşdırılır. Bu addım insan təmaslarının, biznes əlaqələrinin və turizmin genişlənməsinə əlavə impuls verə bilər.
 
Eyni zamanda, Avropa İnvestisiya Bankı xətti ilə birgə layihələrin dəstəklənməsi gündəmdədir. Xüsusilə nəqliyyat-logistika, enerji keçidi və rəqəmsal infrastruktur sahələrində investisiya imkanlarının artacağı gözlənilir.
Şərh yaz
Şərhlər (0)