Tramp: "Putini bir həftə dayandırdım, Kiyevə hücum etməyəcək, hava soyuqdur"

ABŞ prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı sensasion açıqlama verib. Tramp bildirib ki, rekord dərəcədə soyuq hava şəraiti fonunda o, Rusiya prezidenti *Vladimir Putin*dən Kiyevə və Ukraynanın digər şəhərlərinə bir həftə ərzində atəş açmamağı şəxsən xahiş edib və Putin bu təkliflə razılaşıb.
ABŞ prezidentinin sözlərinə görə, hazırda Ukraynada müşahidə olunan sərt şaxta mülki əhali üçün ciddi humanitar risklər yaradır. Məhz bu səbəbdən Tramp Kremlə müraciət edərək hücumların müvəqqəti dayandırılmasını istəyib. Onun açıqlaması Qərb mediasında da geniş rezonans doğurub.
Ukrayna prezidenti Volodimir Zelenski isə məsələ ilə bağlı X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, razılaşmaların icrası gözlənilir və deeskalasiya istiqamətində atılan bu cür addımlar müharibənin başa çatması üçün real irəliləyiş yarada bilər.
Rəsmi Moskva hələlik Trampın açıqlamasını təsdiqləməyib. Bununla belə, ABŞ prezidentinin bu bəyanatı beynəlxalq ictimaiyyətdə ciddi suallar doğurub: söhbət doğrudan da humanitar fasilədən gedir, yoxsa Trampın vasitəçiliyi ilə yeni siyasi mərhələnin əsası qoyulur?
Ekspertlər hesab edirlər ki, əgər bu bir həftəlik “atəşsizlik” faktiki olaraq reallaşarsa, bu, Trampın müharibənin gedişinə birbaşa təsir göstərdiyini nümayiş etdirən ən ciddi epizodlardan biri olacaq.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 dekabr 2025, Şənbə
ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur
28 noyabr 2025, Cümə
“Gələcəyin İnşasında Liderlik: Famil Bağıyev və ‘Orbita’ Mənzil Tikinti Kooperativi”
Şərhlər (0)

