Restoranlarda servis haqqı LƏĞV OLUNDU

Türkiyədə restoranlar, kafelər, şirniyyat dükanları və oxşar qida və içki xidməti müəssisələrinin istehlakçılardan servis haqqı, masa haqları və ya oxşar adlar altında əlavə ödəniş tələb etməsi qadağan edilib.
"Haber Global" xəbər verir ki, bu barədə Ticarət Nazirliyi tərəfindən hazırlanmış "Qiymət Etiket Qaydalarında Dəyişiklik Edilməsi Qaydası" rəsmi qəzetdə dərc edilib və qüvvəyə minib.
30 yanvar 2026-cı il tarixli Resmi Qəzetdə dərc olunan qərarda aşağıdakı ifadələr yer alıb:
“Tarif və qiymət siyahısında göstərilən qiymətlərdən başqa, hər hansı ad altında əlavə haqq alınması halında, bunun tarif və qiymət siyahısında göstərilməsi məcburidir. Lakin restoranlarda, kafelərdə, şirniyyat mağazalarında, qida və içki xidmətləri göstərən oxşar müəssisələrdə, 22/5/2003 tarixli və 4857 saylı Əmək Məcəlləsinin 51-ci maddəsinin müddəası saxlanılmaq şərti ilə istehlakçıdan servis haqqı, masa haqqı, örtük haqqı və ya oxşar hər hansı ad altında əlavə ödəniş tələb edilə bilməz".
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
15 yanvar 2026, Cümə axşamı
Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz salan müəllim ünvanı -Mahir Həbib oğlu Naxçıvanski
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
28 oktyabr 2025, Çərşənbə axşamı
Təhsil, tibb və sosialda normalar artırıldı: daha hansı artımlar olacaq?
Şərhlər (0)

