Bayden susqunluğunu pozdu: Tramp administrasiyasını kəskin tənqid etdi

ABŞ-ın sabiq prezidenti Co Bayden uzun sürən susqunluqdan sonra açıqlama ilə çıxış edərək ölkə rəhbərliyini sərt şəkildə tənqid edib.
Bayden bəyanatında Donald Tramp administrasiyasının məqsədli şəkildə öz vətəndaşlarına qarşı hərəkət etdiyini bildirib. Onun sözlərinə görə, bu siyasət xüsusilə Minnesota sakinlərinin ciddi əziyyət çəkməsinə səbəb olub.
Bayden qeyd edib ki, zorakılıq və terrorun ABŞ-da yeri yoxdur, xüsusilə də hökumət öz vətəndaşlarını hədəf seçəndə. O vurğulayıb ki, ABŞ küçələrdə öz vətəndaşlarını güllələyən və ya Konstitusiyanın Dördüncü düzəlişini – əsassız axtarışları, yoxlamaları və şəxsi əmlakın müsadirəsini qadağan edən maddəni – tapdalayan bir ölkə olmamalıdır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12 dekabr 2025, Cümə
Ağ Ev Avropa Birliyini “DÖRDÜNCÜ REYX” elan etdi: ABŞ “qoca qitə”yə genişmiqyaslı "hücuma" başladı
05 yanvar 2026, Bazar ertəsi
ABŞ-ın hədəfində olan ölkələrin siyahısı dəqiqləşdi: Tramp dünyanı orta əsrlər dövrünə geri qaytarır
Şərhlər (0)


