Suriyada KRİTİK DÖNÜŞ: Rusiya bazanı tərk edir, Əş-Şaraa TƏCİLİ MOSKVAYA GEDİR
Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa yanvarın 28-də Rusiyaya rəsmi səfər edəcək.
Bu barədə Syria TV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Əhməd əş-Şaraa səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Qeyd edək ki, Əhməd əş-Şaraa Moskvaya bundan əvvəlki səfərini 2025-ci ilin oktyabr ayında həyata keçirib.
Bundan əvvəl bildirilib ki, Rusiya 2019-cu ildən etibarən nəzarət etdiyi Suriyanın şimal-şərqində yerləşən Qamışlı aerodromundan hərbi qüvvələrini çıxarır.
"Reuters" agentliyinin mənbələrinin sözlərinə görə, hərbi bölmələrin bir hissəsi Suriyanın qərbində yerləşən Hmeymim aviabazasına köçürülür, hərbi texnika və ağır silahlar da həmin bazaya daşınır. Digər hərbi birləşmələr isə Rusiyaya geri qaytarılır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12 noyabr 2025, Çərşənbə
Ağ Ev Kremlin son "alınmaz qala"sını da dağıdır: Trampın "güclü lideri" Rusiyanı Suriyadan çıxarır
24 dekabr 2025, Çərşənbə
Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
Şərhlər (0)


