Putindən şok açıqlama: Qrenlandiya Alyaskadan cəmi 50 milyon bahadır

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək niyyətindən danışıb və Alyaska nümunəsində onun dəyərini qiymətləndirib.
Putin Rusiyanın Qrenlandiya ilə baş verənlərdən qətiyyən narahat olmadığını bildirib.
Əksinə Putin xatırladıb ki, Moskvanın Vaşinqtonla oxşar məsələlərin həllində təcrübəsi var.
“19-cu əsrdə, bildiyimiz kimi, 1867-ci ildə Rusiya Alyaskanı ABŞ-a satdı və ABŞ onu bizdən aldı. Yadımdadırsa, Alyaskanın sahəsi təxminən 1.717.000 kvadrat kilometrdir, bir az daha çox. ABŞ Alyaskanı bizdən 7,2 milyon ABŞ dollarına alıb. Əlbəttə ki, bu rəqəmlər təsdiqlənməlidir, amma düşünürəm ki, bu, təxminən doğrudur. Bugünkü qiymətlərlə, bütün bu onilliklər ərzində inflyasiya nəzərə alınmaqla, bu rəqəm 158 milyon dollar olardı”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, Qrenlandiyanın ərazisi bir qədər böyükdür. “ABŞ-ın Alyaskanı əldə etməsinin dəyəri ilə müqayisədə Qrenlandiyanın qiyməti təxminən 200.000 ilə 250.000.000 dollar arasında olar", - Putin qeyd edib.
Putin hesab edir ki, ABŞ bu rəqəmin öhdəsindən gələ bilər: “Ən əsası isə Danimarka və ABŞ-ın bu mövzuda təcrübəsi var. Məncə, Danimarka 1917-ci ildə Virgin adalarını satıb və ABŞ onları alıb. Beləliklə, bu cür təcrübə də mövcuddur”.
Putin onu da əlavə edib ki, Danimarka həmişə Qrenlandiyaya bir müstəmləkə kimi yanaşıb və ona qarşı olduqca sərt, bəlkə də qəddar olub. “Amma bu, tamamilə başqa məsələdir və hazırda heç kimin marağına səbəb olmayacağı ehtimalı azdır. Amma bu, əlbəttə ki, bizi narahat etmir. Düşünürəm ki, onlar bunu öz aralarında həll edəcəklər", - Putin vurğulayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 yanvar 2026, Çərşənbə axşamı
NATO “Trampın adası”na qoşun yeridir: Avropa Birliyi isə ABŞ-ı sanksiyalarla “vuracaq”
09 yanvar 2026, Cümə
ABŞ və Avropa Birliyi müəmmalı “bazarlığa” başladı: Ağ Evə Ukraynanın əvəzində “nəhəng ada” veriləcək
15 yanvar 2026, Cümə axşamı
Ağ Ev iki NATO ölkəsinə müharibə elan edəcək: ABŞ düşmənlərini deyil, müttəfiqlərini vuracaq
Şərhlər (0)

