Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Avropa Trampdan qorxur

Avropa Trampdan qorxur

22 yanvar 2026, Cümə axşamı
4
0
Avropa Trampdan qorxur
 
ABŞ prezidenti Donald Trampın hərəkətləri Avropa Birliyində bir növ qorxu yaradır.
 
 "Politico" xəbər verir ki, bu barədə avropalı bir diplomat nəşrə deyib.
 
Mənbə nəşrə bildirib ki, "Bu, AB-də bir növ qorxu yaradır. Söhbət təkcə təsəvvürlərimizi genişləndirməkdən getmir, həm də bunun fərqli bir dövr olduğunu və ənənəvi metodların - qaydalar, qanunlar həmişə tətbiq olunmadığını anlamaqdan gedir. Artıq hər şey müzakirə edilə bilər".
 
Avropalı diplomatlar həmçinin qeyd ediblər ki, Qrenlandiya böhranı yeni bir reallıq yaradıb, çünki hətta müttəfiqlərin də "Trampın hiylələrindən" sığortalanmadığı aydın olub.
Şərh yaz
Şərhlər (0)