"Kollektiv Qərb" keçmişdə qalıb və geri qayıtmayacaq"

"Kanada "kollektiv Qərb"in keçmişdə qaldığına və geri qayıtmayacağına inanır.
"Bunu Kanadanın Baş naziri Mark Karni ABŞ-nin xarici siyasətinə münasibət bildirərkən deyib.
"Baş verənlərdən xəbərdarıq və buna uyğun hərəkət etmək əzmindəyik. Hazırkı parçalanmanın sadəcə uyğunlaşmadan daha çox şey tələb etdiyini başa düşürük. Bu, mövcud dünyaya dürüst baxış tələb edir. Bilirik ki, köhnə nizam geri qayıtmayacaq. Biz buna görə yas tutmamalıyıq. Nostalji strategiya deyil", - deyə baş nazir İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (WEF) çıxış edərkən bildirib.
"İndiyə qədər Qərb dövlətləri coğrafi mövqenin və yaratdıqları ittifaqlara üzvlüyün avtomatik olaraq iqtisadi rifah və təhlükəsizlik təmin etdiyini düşünürdülər. Bu fərziyyə artıq etibarlı deyil", - deyə Kanada baş naziri etiraf edib.(oxu.az)
Daha çox xəbər:
15 yanvar 2026, Cümə axşamı
Ağ Ev iki NATO ölkəsinə müharibə elan edəcək: ABŞ düşmənlərini deyil, müttəfiqlərini vuracaq
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 dekabr 2025, Bazar ertəsi
Qərb üçün "80 illik sülh dövrü" artıq bitir: NATO "Rusiya ilə savaş ili"nə girir
Şərhlər (0)


