İrəvanda türk-rus qarşıdurması
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanın baş naziri Nikol Paşinyanın yüksək reytinqə malik olması ilə bağlı səsləndirdiyi fikirlər İrəvanda və regionda siyasi rezonans doğurub.
Bu mövzu ilə bağlı çıxış edən erməni analitik Suren Surenyants sosial şəbəkələrdə yazıb ki, Fidanın açıqlamaları dolayı şəkildə Paşinyana dəstək anlamı daşıyır və bu, sadəcə neytral diplomatik mövqe deyil, açıq siyasi siqnaldır.
Qeyd edək ki, Surenyants Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan–Serj Sarkisyan siyasi xəttinə yaxınlığı, revanşist mövqeyi və açıq ruspərəst çıxışları ilə tanınır. O, Paşinyana qarşı sərt mövqedə çıxış edən və Moskvanın Ermənistandakı təsirinin qorunmasını müdafiə edən analitiklər sırasında yer alır.
Surenyantsın fikrincə, Türkiyə tərəfinin Paşinyanın “konstruktiv siyasətini” vurğulaması Ermənistan hakimiyyəti tərəfindən seçkilər ərəfəsində daxili auditoriyaya mesaj kimi istifadə oluna bilər. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, mümkün hakimiyyət dəyişikliyi ölkə üçün təhlükəsizlik risklərini, o cümlədən müharibə ehtimalını artıra bilər.
O, bu yanaşmanı seçkiöncəsi qorxutma texnologiyası adlandırır.
Xatırladaq ki, Hakan Fidan mətbuat konfransında bildirib: “Biz görürük ki, Paşinyan hazırda ictimai rəy sorğularında liderdir. Biz onun oynadığı konstruktiv rolu dəstəkləyirik. Bu xətt, bu iradə davam etməlidir”.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
03 dekabr 2025, Çərşənbə
Paşinyan Rusiyanı və “Qarabağ klanı”nı ifşa etdi: Qərb üçün isə Ermənistan “Kremlin açıq hədəfi”dir
22 dekabr 2025, Bazar ertəsi
Ankara Avropanı qabaqlayır, sülh masasına yerləşir: ABŞ isə "güclü Türkiyə - güclü NATO" modelinə keçid edir
Şərhlər (0)

