Maduronun mühafizəçilərinin tabutları niyə kiçikdir? - Şok iddia

ABŞ-ın Venesuelaya məlum hücumu nəticəsində həlak olan 32 kubalı əsgərin cəsədi vətənlərinə çatdırılıb.
Savaşmedia.az xəbər verir ki, cəsədlərin qarşılanma mərasimi paytaxt Havananın Xose Marti hava limanının uçuş-enmə zolağında baş tutub.
Mərasimdə Kuba prezidenti Migel Diaz-Kanel, keçmiş prezident Raul Kastro və daxili işlər naziri Lazaro Alberto Alvares iştirak ediblər.
Dünya mediasının mərasimdə diqqətini çəkən maraqlı məqam isə təyyarədən endirilərək üç motosikiletçinin müşaiyyəti ilə küçələrdə gəzdirilən tabutların kiçik olmasıdır.
Tabutların niyə bu qədər kiçik olmasına rəsmi izah verilməsə də, tabutda cəsədlərin deyil, qurbanların qalıqlarının olduğu ehtimal edilir.
Xatırladaq ki, 32 kubalı əsgərin öldürüldüyü həmin əməliyyat zamanı ABŞ qüvvələri Venesuela prezidenti Nikolas Maduronu qaçırıb.
Venesuela Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində 100 nəfər həlak olub.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
11 dekabr 2025, Cümə axşamı
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
05 yanvar 2026, Bazar ertəsi
Əməliyyatın ŞOK DETALLARI və FOTOSU yayıldı - Maduronun nəfəsi də izlənib
Şərhlər (0)
