Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Trampdan Rza Pəhləvi haqqında: Ona bel bağlaya bilmərik

Trampdan Rza Pəhləvi haqqında: Ona bel bağlaya bilmərik

15 yanvar 2026, Cümə axşamı
3
0
Trampdan Rza Pəhləvi haqqında: Ona bel bağlaya bilmərik
 
Aksiyaları  dəstəkləyəcəyik və İranda rejim dəyişkliyi ola bilər, amma Rza Pəhləvinin hakimiyyətə gəlməsi gündəmdə deyil.
 
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
 
Rza Pəhləviyə tam dəstək verməkdə tərəddüd edən Tramp  deyib ki,  o, yaxşı insan kimi görünür, amma öz ölkəsində necə çıxış edəcəyini bilmirəm: “Biz hələ o səviyyədə deyilik".
Pəhləvinin ölkəni idarə etmək qabiliyyətini də şübhə altına alan Tramp ki, İranın onun liderliyini qəbul edib-etməyəcəyini bilmirəm və əgər qəbul etsələr, bu, mənim üçün problem olmaz.
İran rejimi haqqında danışan ABŞ prezidenti deyib: "Tehran hökuməti hərəkətlərdən asılı olaraq devrilə bilər. Rejim süqut etsə də, etməsə də, maraqlı bir dövr olacaq".
 
İran valyutası olan rialın rekord dərəcədə ucuzlaşmasından sonra 28 dekabrda Tehranda başlayan etirazlar davam edir. İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) ümumilikdə 2615 nəfərin öldüyünü, 2054 nəfərin yaralandığını və 18470 nəfərin saxlanıldığını bildirib. Lakin Tehran hökuməti ölənlərin sayı ilə bağlı heç bir rəsmi açıqlama verməyib.
Şərh yaz
Şərhlər (0)