ABŞ Kanada ilə bütün ticarət danışıqlarını dayandırdı

ABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.
Prezidentin sözlərinə görə, bu addım Kanadada ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın tarif siyasəti ilə bağlı mənfi danışdığını göstərən saxta reklam çarxı yayımlanması ilə əlaqədardır.
“Ronald Reyqan Fondu Kanadanın saxta şəkildə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığını göstərən reklam çarxı yayımladığını açıqlayıb. Reklamın dəyəri 75 min dollar olub. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına təsir etmək üçün etdilər. Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Bu səbəbdən Kanada ilə bütün ticarət danışıqları dayandırılır”, - Tramp bildirib.
Daha çox xəbər:
23 oktyabr 2025, Cümə axşamı
ABŞ Rusiya ilə “barışır”, müttəfiqləri isə savaşa hazırlaşır: Qərb dünyasının “vahid müdafiə sistemi” tamamilə dağılır
21 oktyabr 2025, Çərşənbə axşamı
Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir
Şərhlər (0)



