Gizli görüş: Vaşinqton şahın oğlunu “keçid lideri” kimi hazırlayır?
ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff İranın devrilmiş şahının oğlu və mühacirətdə fəaliyyət göstərən müxalifət lideri Rza Pəhləvi ilə gizli görüş keçirib.
Bu barədə Axios portalı mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, sözügedən təmas indiyədək ABŞ administrasiyası ilə İran müxalifətinin bu səviyyədə baş tutan ilk birbaşa və qeyri-rəsmi görüşü hesab olunur.
Məlumata görə, Rza Pəhləvi hazırkı İran rejiminin süqutu halında özünü “keçid dövrünün lideri” kimi təqdim etməyə çalışır və Qərb dairələri ilə əlaqələrini bu istiqamətdə gücləndirir. Mənbələr iddia edir ki, görüşdə İranda artan daxili gərginlik, etiraz potensialı və mümkün siyasi keçid ssenariləri müzakirə olunub.
Rəsmi Vaşinqton və Rza Pəhləvinin nümayəndələri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər. Bununla belə, məlumat ABŞ-İran münasibətlərində və regionda mümkün yeni siyasi planların hazırlandığı barədə iddiaları gücləndirib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır
Şərhlər (0)


