Açıq mesaj: Almaniya İran rejiminin sonunu elan etdi
Almaniya hakimiyyəti İranda baş verən kütləvi etirazlar və zorakı basqılar fonunda Tehran rejiminə qarşı ən sərt siyasi mövqelərindən birini ortaya qoyub.
Berlin rəsmi şəkildə bəyan edib: İran İslam Respublikası artıq legitimliyini tamamilə itirib.
Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanır ki, mövcud rejimin davranışları beynəlxalq hüquq və insan haqları prinsipləri ilə uzlaşmır və bu səbəbdən Almaniya bu rejimə qarşı əlində olan bütün siyasi, diplomatik və iqtisadi rıçaqları işə salacaq. Bu bəyanat Berlinin Tehranla münasibətlərdə “adi diplomatik mərhələni” geridə qoyduğunu açıq şəkildə göstərir.
Mövzu ilə bağlı Almaniya kansleri də son dərəcə diqqətçəkən açıqlama verib. Kanslerin sözlərinə görə, “İnanırıq ki, İran rejiminin son həftələrinə, bəlkə də artıq son günlərinə şahidlik edirik”. Bu ifadə Qərb paytaxtlarından səslənən ən açıq hakimiyyətin dağılması mesajlarından biri kimi qiymətləndirilir.
Almaniyanın bu mövqeyi təkcə ikitərəfli münasibətlərə deyil, Avropa İttifaqının bütövlükdə İran siyasətinə ciddi təsir göstərəcək. Berlinin sərt xətti digər Avropa ölkələrini də Tehrana qarşı koordinasiyalı və daha kəskin addımlar atmağa sövq edə bilər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
08 yanvar 2026, Cümə axşamı
İranda hakimiyyətin simvolları darmadağın edilir, Süleymani heykəli aşırıldı – Molla rejiminin sonu gəldi...
04 noyabr 2025, Çərşənbə axşamı
ABŞ Rusiya və Çin üçün yeni “savaş labirinti” yaradır: NATO isə Avropada “hərbi Berlin divarı”nı bərpa edir
Şərhlər (0)

