ABŞ Türk dünyası ilə məşğul olmalıdır - Koffi

ABŞ dövlət katibi səviyyəsində Türk Dövlətləri Təşkilatı (TDT) ilə görüş və ya sammitin keçirilməsini istərdim.
Bunu “Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Türk dünyası Avrasiyanın quru hissəsində yaranmaqda olan bir qütbdür və ABŞ siyasətçiləri üçün bunu başa düşmək, tanımaq və bununla məşğul olmaq vaxtıdır.
“İstanbula gedəndə bir neçə saat vaxt ayırıb TDT-nin baş qərargahını ziyarət edin. Bu təşkilat haqqında daha çox məlumat əldə edin, çünki onun getdikcə daha vacib olduğunu düşünürəm”, - deyə o diqqətə çatdırıb.(axar.az)
Daha çox xəbər:
22 oktyabr 2025, Çərşənbə
Səttar Möhbalıyev: "Prezident İlham Əliyevin Qazaxstanda səsləndirdiyi bəyanat regional sabitliyin və sülhün yeni mərhələsidir"
23 oktyabr 2025, Cümə axşamı
Paşinyanın təşəkkürü, müxalifətin cığallığı, Ermənistan parlamentində gərginlik
Şərhlər (0)



