Ermənistan Türkiyə ilə sərhəddəki keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarır

Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə ilə sərhəddə yerləşən Axurik zastavasının buraxılış məntəqəsindən Rusiya sərhədçilərini çıxarmaq niyyətindədir.
“Bu barədə “News.am” diplomatik dairələrdən olan mənbəyə istinadən məlumat yayıb.
Müsahibin sözlərinə görə, Axurik zastavasında bilavasitə buraxılış məntəqəsinin təhvil verilməsi barədə qərar artıq qəbul edilib və hətta bayraq dirəyi də quraşdırılıb: “Bununla belə, zastavada Rusiya sərhədçiləri qalacaqlar. Hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir”.
Qeyd edilib ki, digər mənbələrin məlumatına əsasən, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi bölgəsində tikinti işlərinə başlayıb. Bildirilir ki, Türkiyə tərəfdən tikintiyə başlanması və Axurikin istifadəyə verilməsi ehtimalı yaxın gələcəkdə sərhədin açılması niyyətinin ciddiliyindən xəbər verir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
28 oktyabr 2025, Çərşənbə axşamı
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır: Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
Şərhlər (0)
