Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » İranda ölənlərin sayı artır - Dəhşətli kadrlar

İranda ölənlərin sayı artır - Dəhşətli kadrlar

12 yanvar 2026, Bazar ertəsi
1
0
İranda ölənlərin sayı artır - Dəhşətli kadrlar
 
İranda davam edən etiraz aksiyalarında ölənlərin sayı durmadan artır. 
 
“Xarici mediada bununla bağlı dəhşətli kadrlar yayılıb.
 
Yayılmış videolardan birində xəstəxana həyətinə bənzəyən bir ərazidə onlarla cəsədin olduğu əks olunub. Kadrlarda doğmalarının cəsədlərini aparmaq üçün əraziyə gəlmiş yüzlərlə insan görmək olar. Görüntülərdə həmçinin vətəndaşların baş verənləri “qiyamət” adlandırdıqları eşidilir. 
 
Qeyd edək ki, İranın daxilində və xaricindəki fəalların məlumatlarına əsasən, ölkədə dekabrın sonundan davam edən etirazlar nəticəsində 500 nəfərdən çox insan həlak olub. “Reuters” agentliyi isə ölənlərdən 490 nəfərinin etirazçı, 48-nin isə təhlükəsizlik qüvvələrinin nümayəndəsi olduğunu yazıb.
 
Həmin kadrları təqdim edirik: 
 
<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/218155.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>
Şərh yaz
Şərhlər (0)