Tehran düyməni basdı: Sabitliyi pozanlara qarşı amansız olacağıq

İranın Ali Milli Təhlükəsizlik Şurası silahlı təxribatçı qruplar və ölkədə təhlükəsizliyi və sülhü pozanlarla qətiyyətlə mübarizə aparacağını açıqlayıb.
İran dövlət televiziyası məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurası ölkədəki etirazlarla bağlı bəyanat yayıb.
Bəyanatda ailələrin uşaqların sosial mediada təhlükəli tendensiyaların qurbanı olmasının qarşısını almaqda ayıq-sayıq olmalarının vacibliyi vurğulanıb və əlavə edilib : "Biz silahlı təxribatçı qruplara və ölkədə təhlükəsizliyi və sabitliyi pozanlara qarşı qətiyyətlə mübarizə aparacağıq".
Bəyanatda həmçinin dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və vətəndaşların təhlükəsizliyini təhlükəyə atmaq cəhdlərinə qarşı qanuni çərçivədə mübarizə aparılacağı barədə mesaj da yer alıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
15 dekabr 2025, Bazar ertəsi
Uşağını bağçaya yollayan valideynlərin NƏZƏRİNƏ - Bunları mütləq bilməlisiniz!
Şərhlər (0)


