Putinin iqamətgahına hücuma belə cavab verdilər

Rusiya hərbçiləri “Oreşnik” raket kompleksi ilə Ukraynaya zərbə endirib.
Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, zərbə Ukraynanın 2025-ci il dekabrın 29-da Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücumuna cavab olaraq endirilib.
Kiyevin meri Vitaliy Kliçko isə hücum nəticəsində paytaxt Kiyevdə 4 nəfərin həlak olduğunu, daha 24 nəfərin isə yaralandığını açıqlayıb.
Bununla yanaşı, Xerson və Zaporojye vilayətlərində 3 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Vladimir Putinin Novqoroddakı iqamətgahına 91 PUA-dan istifadə edərək hücum etdiyini açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu məlumatı yalan adlandırıb və Rusiyanın Kiyevdə hökumət binalarına hücumlar üçün zəmin hazırladığını söyləmişdi.
Onu da bildirək ki, rəsmi açıqlamalara görə, “Oreşnik” yüksəkdəqiqlikli orta mənzilli ballistik raketdir. O, 5,5 min km-ə qədər məsafədəki hədəfləri vurmaq imkanına sahibdir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 dekabr 2025, Şənbə
ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur
30 dekabr 2025, Çərşənbə axşamı
Kreml dağıtdığı Ukraynaya “prezident” təyin etmək istəyir: Ağ Ev isə Avropanı ABŞ-ın yeni ştatına çevirməyə çalışır
Şərhlər (0)

