Trampdan Putinə sarsıdıcı zərbə: Rusiya əleyhinə sanksiyaları təsdiqlədi

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanunvericiliyi dəstəklədiyini açıqlayıb.
Bunu Tramp “Fox News”-a müsahibəsində deyib.
Bununla belə, Tramp qeyd edib ki, Vaşinqtonun bunu tətbiq etməyə məcbur qalmayacaq.
Tramp əlavə edib ki, ABŞ artıq "Rusiyaya qarşı çox əhəmiyyətli sanksiyalar" tətbiq edir. "Rusiyanın iqtisadiyyatı çox pisdir, amma Ukraynadan daha böyükdür. Bilirsiniz, o, daha böyük və daha güclüdür", - Tramp vurğulayıb.
Senator Lindsi Qrem bundan əvvəl bu qanun layihəsi ilə bağlı səsvermənin gələn həftə keçiriləcəyini bildirib. Onun sözlərinə görə, sənəd ABŞ prezidentinə Rusiyadan neft və qaz almağa davam edən ölkələrdən idxala ikinci dərəcəli sanksiyalar və tariflər tətbiq etməyə imkan verəcək.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 noyabr 2025, Çərşənbə axşamı
ABŞ Rusiya və Çin üçün yeni “savaş labirinti” yaradır: NATO isə Avropada “hərbi Berlin divarı”nı bərpa edir
Şərhlər (0)


