Mübariz Mənsimovun adı yeni qalmaqalda

Küçükçekmece Respublika Prokurorluğu tərəfindən ötən ay bağlanan “Ekol TV”-yə qarşı "çirkli pulların yuyulması" iddiaları ilə bağlı başladılan istintaq genişləndirilib.
“Ekol TV” ilə bağlı istintaq genişlənərək, yeni adlar əlavə edilib.
Bu barədə açıqlam verən Ersan Şen deyib ki, “Ekol TV”-nin "çirkli pulların yuyulması" iddiası ilə bağlı istintaq genişləndirilib. Bura iş adamı Mübariz Mənsimov, Veysel Şahin (mərc oyunlarının böyük bir qolu olduğu iddia edilir), “Ekol TV”-nin baş redaktoru Emrah Doğru və vəkil Ersan Şen işə əlavə ediliblər.
X hesabatından verdiyi açıqlamada, professor Dr. Ersan Şen iddialarla heç bir əlaqəsi olmadığını vurğulayaraq qeyd edib: "Əgər araşdırma aparılarsa, əlbəttə ki, nəticəsini hörmətlə gözləyəcəyik. “Ekol TV” ilə bağlı olaraq bildirmək istəyirəm ki, onun yaradılmasından, idarə olunmasından, bağlanmasından əvvəl və sonra heç bir mərhələdə maddi, mənəvi iştirakım olmayıb. Heç bir mərhələdə peşəkar töhfə verməmişəm. Əgər araşdırma aparılarsa, şübhəsiz ki, həqiqət üzə çıxacaq”
Təxminən iki ildir yayımlanan “Ekol TV” son iqtisadi çətinlikləri səbəb göstərərək 22 dekabr 2025-ci ildə fəaliyyətini dayandırmaq qərarına gəlib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
22 dekabr 2025, Bazar ertəsi
Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”
28 noyabr 2025, Cümə
“Gələcəyin İnşasında Liderlik: Famil Bağıyev və ‘Orbita’ Mənzil Tikinti Kooperativi”
Şərhlər (0)


