Trampın açıqlamasından sonra ABŞ neft nəhənglərinin səhmlərinin qiyməti sürətlə artıb
ABŞ prezidenti Donald Trampın Venesuela ilə bağlı açıqlamaları neft bazarında dərhal reaksiya yaradıb. Tramp ABŞ-nin Venesuelanın neft ehtiyatlarına daha fəal nəzarət edə biləcəyini və ölkənin enerji sektorunun bərpası üçün iri şirkətlərin sərmayələrindən faydalanacağını bildirib.
Bu xəbər investorları dərhal həvəsləndirib: “Chevron” səhm qiymətini təxminən 10% artırıb. Analitiklər onu əsas qazanclı şirkət hesab edir, çünki “Chevron” hazırda Venesuelada xüsusi icazə ilə fəaliyyət göstərir. “ConocoPhillips” və “ExxonMobil” də səhm qiymətləri artanlar sırasındadır. Bu şirkətlər keçmişdə Venesuelada millizasiyaya məruz qalmış aktivlər üzrə ödəniş almağı gözləyirlər – “ConocoPhillips”üçün bu məbləğ təxminən 8 milyard, “ExxonMobil” üçün isə 1 milyard dollardır.
Bundan əlavə, neft emalı və xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri də bahalaşıb: Valero Energy, Phillips 66, Marathon Petroleum, PBF Energy, həmçinin SLB, Halliburton və Baker Hughes investorların diqqət mərkəzindədir.musavat.com
Qlobal bazarlarda isə neftin qiyməti geosiyasi gərginlik və nəql riskləri fonunda artıb, amma təklif artıqlığı səbəbindən kəskin yüksəliş hələ müşahidə olunmur. Analitiklər bildirir ki, Trampın açıqlamaları həm ABŞ neft sektorunda optimizm yaradıb, həm də qlobal enerji bazarları üçün yeni risk və perspektivlər açıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
04 noyabr 2025, Çərşənbə axşamı
ABŞ Rusiya və Çin üçün yeni “savaş labirinti” yaradır: NATO isə Avropada “hərbi Berlin divarı”nı bərpa edir
Şərhlər (0)


