Ərdoğan Trampla danışacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Venesueladakı hadisələr, Rusiya-Ukrayna münaqişəsi, Qəzzadakı son vəziyyətin müzakirə olunacağı gözlənilir.
Prezident Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışacağını barədə ötən cümə günü bildirib.
"Bildiyiniz kimi, hazırda Putin, Zelenski, həmçinin Tramp və Avropa ölkələrinin liderləri ilə müzakirələrimi davam etdirirəm. Bazar ertəsi saat 16:00 radələrində cənab Trampla daha bir telefon danışığımız olacaq. Rusiya ilə Ukrayna arasındakı məsələləri, eləcə də Fələstin məsələlərini müzakirə etmək imkanımız olacaq",-Ərdoğan qeyd edib.
Görüşdə ABŞ-ın Venesueladakı əməliyyatı və prezident Nikolas Maduro ilə həyat yoldaşının ABŞ-a qaçırılması məsələsinin müzakirə olunacağı gözlənilir.
Daha çox xəbər:
05 yanvar 2026, Bazar ertəsi
Əməliyyatın ŞOK DETALLARI və FOTOSU yayıldı - Maduronun nəfəsi də izlənib
16 dekabr 2025, Çərşənbə axşamı
Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir
22 dekabr 2025, Bazar ertəsi
Ankara Avropanı qabaqlayır, sülh masasına yerləşir: ABŞ isə "güclü Türkiyə - güclü NATO" modelinə keçid edir
Şərhlər (0)
