Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » ABŞ Azərbaycana başsağlığı verdi

ABŞ Azərbaycana başsağlığı verdi

25 dekabr 2025, Cümə axşamı
2
0
ABŞ Azərbaycana başsağlığı verdi
 
ABŞ-nin Azərbaycandakı səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümü ilə bağlı başsağlığı verib.
 
Səfirlik bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
 
"Bu gün "Azərbaycan Hava Yolları" aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq. Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı. ABŞ adından həyatını itirmiş 38 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciədən sağ çıxanlara isə səmimi qəlbdən ən xoş arzularımızı çatdırırıq", - məlumatda qeyd olunub.
Şərh yaz
Şərhlər (0)