Qocalar evində partlayış - Ölənlər var

ABŞ-nin Pensilvaniya ştatında, Filadelfiya yaxınlığında yerləşən qocalar evində baş verən yanğınla müşayiət olunan partlayış iki nəfərin həyatına son qoyub.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı bir neçə sakinin itkin düşdüyü bildirilir.
Partlayış nəticəsində binanın bir hissəsi dağılıb. Yerli fövqəladə hallar xidmətləri hadisə yerinə cəlb olunaraq yaşlı sakinləri təxliyə edib.
Xilasedicilər dağıntılar altında qalanların olub-olmadığını müəyyənləşdirmək üçün axtarış-xilasetmə işlərini davam etdirirlər.
Daha çox xəbər:
28 noyabr 2025, Cümə
“Gələcəyin İnşasında Liderlik: Famil Bağıyev və ‘Orbita’ Mənzil Tikinti Kooperativi”
Şərhlər (0)




