NATO Ermənistanı Kremlin əlindən almaq üçün hərəkətə keçdi
NATO Ermənistanla münasibətlərdə yeni mərhələyə keçməyə hazırlaşır.
Alyansın baş katibinin müavini Radmila Şekerinska Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra X sosial şəbəkəsində verdiyi açıqlamada bu niyyəti açıq şəkildə ifadə edib.
Şekerinskanın sözlərinə görə, NATO Ermənistanda həyata keçirilən islahatları dəstəkləməyə hazırdır və tərəflər gələn il əməkdaşlığa dair yeni çərçivə sənədinin razılaşdırılmasına ümid edirlər. O bildirib ki, bu sənəd NATO–Ermənistan tərəfdaşlığının əsas istiqamətlərini və gələcək prioritetlərini müəyyən edəcək.
Bu açıqlama Ermənistanın təhlükəsizlik və xarici siyasət kursunda Moskvanın təsirindən tədricən uzaqlaşmaq cəhdlərinin növbəti göstəricisidir. NATO ilə əməkdaşlığın institusional səviyyədə dərinləşdirilməsi isə Cənubi Qafqazda geosiyasi balansın dəyişməsi baxımından diqqət çəkən addımdır.
Daha çox xəbər:
26 noyabr 2025, Çərşənbə
Paşinyan erməni kilsəsini çökdürür, Rusiyaya ağır zərbə vurur: Kreml üçün “Ukrayna ssenarisi”ndən başqa variant qalmadı
10 dekabr 2025, Çərşənbə
Kreml İrəvana erməni kilsəsindən hücuma keçib: Rusiya Cənubi Qafqaz üçün yeni xaos ssenarisi yazır
18 dekabr 2025, Cümə axşamı
Kremlin Cənubi Qafqazla bağlı qorxulu ssenariləri: Xaos, çevriliş planları
18 dekabr 2025, Cümə axşamı
Rusiya Zəngəzuru Ermənistanın əlindən almaq istəyir: Qafqazda beş ölkə arasında savaş təhlükəsi artır
Şərhlər (0)

