ABŞ-Ukrayna-Avropa danışıqları başa çatıb
Mayamida Ukrayna-ABŞ danışıqları başa çatıb.
Məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Telegram kanalında açıqlayıb.
Onun sözlərinə görə, Floridada Ukrayna amerikalı və avropalı tərəfdaşları ilə danışıqlar aparıb. Görüş artıq başa çatıb və tərəflər növbəti addımlar barədə razılığa gəliblər: "ABŞ-da amerikalı və avropalı tərəfdaşlarla görüşü başa vurduq. Mən Ukrayna prezidentinə nəticələr barədə məlumat verdim. Növbəti addımlar barədə amerikalı tərəfdaşlarımızla razılaşdıq və yaxın gələcəkdə birgə işi davam etdirəcəyik". O, danışıqların məzmunu barədə heç bir əlavə məlumat açıqlıamayıb.
Daha çox xəbər:
04 dekabr 2025, Cümə axşamı
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır
13 noyabr 2025, Cümə axşamı
Kiyev Moskva ilə sülh danışıqlarını dayandırdı – İstanbul formatı bağlandı, əsir mübadiləsi mərhələsi başa çatdı
Şərhlər (0)


