Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Türkiyədə 170 İŞİD şübhəlisi saxlanıldı

Türkiyədə 170 İŞİD şübhəlisi saxlanıldı

19 dekabr 2025, Cümə
2
0
Türkiyədə 170 İŞİD şübhəlisi saxlanıldı
 
Türkiyə polisi iki həftə ərzində İŞİD terror qruplaşması ilə əlaqədə olan 170 şübhəlini saxlayıb.
 
Bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
 
"İŞİD əleyhinə əməliyyat nəticəsində 32 əyalətdə terror qruplaşmasına maliyyə dəstəyi verdiyinə və onun daxilində keçmiş fəaliyyətlərinə görə 170 şübhəli saxlanılıb", - deyə nazir sosial media hesabında yazıb.
 
Onun sözlərinə görə, həbslər İstanbul, Ankara və digər əyalətlərdə baş verib. Şübhəlilərdən 10 nəfər həbs edilib, digərləri ilə bağlı araşdırmalar davam edir.
Şərh yaz
Şərhlər (0)