Makron dönüşə işarə etdi: Avropa Rusiya ilə yenidən danışmalıdır
Fransa Prezidenti Emmanuel Makron Aİ sammitinin yekununda verdiyi açıqlamada Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtının çatdığını bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa təmasların yenidən qurulması faydalı ola bilər.
“Mən hesab edirəm ki, Vladimir Putinlə yenidən danışmaq faydalı olacaq. Əks halda, biz nizamlanma məsələlərini yalnız öz aramızda və danışıqlar aparan nümayəndələrlə müzakirə edəcəyik ki, bu da optimal yanaşma deyil”, – deyə Makron vurğulayıb.
Fransa lideri bununla Ukrayna münaqişəsinin həlli və Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı qərarların Moskva olmadan effektiv şəkildə qəbul edilə bilməyəcəyinə işarə edib. Onun açıqlaması Aİ daxilində uzun müddətdir davam edən “Rusiya ilə təmas, yoxsa tam təcrid” mübahisələrini yenidən gündəmə gətirib.
Daha çox xəbər:
01 dekabr 2025, Bazar ertəsi
Kreml NATO ilə "böyük savaşı" rəsmən anons etdi: Qərbdə dərhal Rusiya ilə qaçılmaz müharibənin gerisayımı başladı
04 dekabr 2025, Cümə axşamı
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır
13 dekabr 2025, Şənbə
ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur
18 noyabr 2025, Çərşənbə axşamı
NATO Rusiya ilə savaşın vaxtını daha önə çəkdi: ABŞ Rusiya ilə yanaşı, onun müttəfiqlərini də “vuracaq”
Şərhlər (0)
