ABŞ-də işsizlik son 4 ilin ən yüksək səviyyəsinə çatdı

ABŞ-də noyabr ayında 64 min yeni iş yeri yaradılıb, oktyabrda isə iş yerlərinin sayı 105 min azalıb.
Bu barədə ABŞ Əmək Nazirliyinin hesabatına istinadən xəbər verir.
Qeyd olunub ki, işsizlik səviyyəsi 4.6 faizə yüksələrək, 2021-ci ildən bəri ən yüksək göstəriciyə çatıb və işsizlərin sayı 6.1 milyon nəfər təşkil edib.
Oktyabr ayına dair məlumatların açıqlanması 43 gün davam edən "şatdaun" (hökumətin işinin dayanması) səbəbindən gecikib. Oktyabrda iş yerlərinin kəskin azalması bir ay əvvəl Hökumətin Səmərəliliyi Departamenti (DOGE) tərəfindən 162 min dövlət qulluqçusunun işdən çıxarılması ilə bağlı olub.
Ən çox yeni iş yerləri səhiyyə və tikinti sahələrində yaranıb - müvafiq olaraq 46 min və 28 min. Eyni zamanda dövlət xidməti, nəqliyyat, istirahət və qonaqpərvərlik sahələrində məşğulluq azalıb.(oxu.az)
Daha çox xəbər:
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
27 noyabr 2025, Cümə axşamı
İlham Əliyevin rəhbərliyi ilə Qarabağda bərpa - 5 ildə qurulan nəhəng infrastruktur
Şərhlər (0)

