Dünya çempionumuz Turqay Qəribli Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirdi

Strongman üzrə dünya çempionu, 3 qızıl medal mükafatçısı Turqay Qəribli Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 20 ünvanında ETL GYM Fitness Mərkəzinin açılışını həyata keçirib.
Müasir dizaynı, ən son avadanlıqları və yüksək standartlara cavab verən infrastrukturu ilə seçilən ETL GYM həm peşəkar idmançılar, həm də sağlam həyat tərzi seçən insanlar üçün fəaliyyət göstərəcək.
Turqay Qəribli mərkəzdə Şərur rayonunun Həmzəli kəndindən olan şəhid Fikrət Əliyevin xatirəsinə xüsusi guşə də yaradıb. İdmançı əldə etdiyi uğurları və qazandığı qələbələri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə həsr etdiyini bildirib.
ETL GYM – uğura gedən yolun başladığı ünvan.İdmançımız Turqay Qəribli ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığını bildirir. O, dövlətimizin idmana yaratdığı geniş imkanların Azərbaycan idmançılarının beynəlxalq arenalarda yeni uğurlar qazanmasına mühüm töhfə verdiyini qeyd edib.





Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
30 aprel 2026, Cümə axşamı
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib
09 aprel 2026, Cümə axşamı
Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
Şərhlər (0)


