Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirilib-Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Görməyə dəyər” sosial layihəsi çərçivəsində növbəti tibbi müayinə “Referans Medical Group”un tərəfdaşlığı ilə “Abşeron” sağlamlıq və istirahət mərkəzində təşkil olunub.
aia.az xəbər verir ki, həmkarlar ittifaqlarının mərkəzdə istirahət edən və müalicə kursu keçən 67 üzvünün həkim-oftalmoloq tərəfindən ödənişsiz göz müayinəsi aparılıb.
Müayinə zamanı görmə qabiliyyətində problem aşkarlanan şəxslərə həkimlər tərəfindən zəruri tibbi məsləhətlər verilib və müvafiq müalicə kursları təyin olunub.
Qeyd edək ki, vətəndaşların sağlamlığının qorunmasına və xəstəliklərin erkən aşkarlanmasına xidmət edən “Görməyə dəyər” sosial layihəsi çərçivəsində keçirilən tibbi müayinələr indiyədək 370-ə yaxın şəxsi əhatə edib.





Daha çox xəbər:
16 iyun 2026, Çərşənbə axşamı
Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib-Fotolar
04 noyabr 2025, Çərşənbə axşamı
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar -Fotolar
25 iyun 2026, Cümə axşamı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən “Sağlam gələcək” layihəsinə start verilib -Fotolar
09 fevral 2026, Bazar ertəsi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub -Fotolar
Şərhlər (0)

