Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.
aia.az xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əmək hüquqlarının müdafiəsi, üzvlərin sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb, yollayışların "E-AHİK" Elektron Rezervasiya Sistemi vasitəsilə üzərindən verilməsi mexanizmi, Konfederasiyanın "Kurort" Turizm İnformasiya Mərkəzinin, eləcə də Turizm və Ekskursiyalar Şurasının fəaliyyətindən bəhs olunub.
Qonaqlara "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti, sağlamlıq və istirahət mərkəzlərində yenidənqurma və rəqəmsallaşdırma istiqamətlərində görülən işlər haqqında məlumat verilib.
Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin baş direktoru Kubanıçbek Kanıbekov səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq və istirahət mərkəzlərində yaradılmış şərait, tətbiq olunan idarəetmə mexanizmləri və göstərilən xidmətlərlə yaxından tanış olduqlarını, əldə etdikləri təcrübənin faydalı olduğunu bildirib.
Sonra Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının tabe təşkilatı "Kurort" QSC ilə Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsi arasında sanatoriya-kurort və turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum tərəflər arasında təcrübə mübadiləsini, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsini və sanatoriya-kurort, eləcə də turizm sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.





Daha çox xəbər:
04 noyabr 2025, Çərşənbə axşamı
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar -Fotolar
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12 may 2026, Çərşənbə axşamı
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar
17 noyabr 2025, Bazar ertəsi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Vəkillər Kollegiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb -Fotolar
06 may 2026, Çərşənbə
Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir -Fotolar
Şərhlər (0)
