Səttar Möhbalıyev növbəti dəfə seçicilərlə görüşüb

Milli Məclisin deputatı Səttar Möhbalıyev 4 iyun 2026-cı il tarixində Babək rayonundan olan seçicilərlə növbəti görüşünü keçirib.
aia.az xəbər verir ki, qəbul rayonun Məzrə kəndində baş tutub.
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib, Digər məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı və təxirəsalınmaz tədbirlərin görüləcəyi bildirilib.
Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Məzrə kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Babək rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Daha çox xəbər:
05 fevral 2026, Cümə axşamı
Milli Məclisin deputatı Səttar Möhbalıyev Babək rayonunda seçicilərlə növbəti dəfə görüş keçirib -Fotolar
08 dekabr 2025, Bazar ertəsi
Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti dəfə seçicilərlə görüşüb -Fotolar
19 yanvar 2026, Bazar ertəsi
Milli Məclisin deputatı Səttar Möhbalıyev Babək rayonunda növbəti dəfə sakinlərlə görüşüb -Fotolar
Şərhlər (0)


