Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Respublikasının Ombudsman Aparatının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Konfederasiya sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının etibarlı şəkildə qorunduğunu vurğulayıb. Bu sahədə önəmli rola malik olan Ombudsman institutu ilə səmərəli əməkdaşlıq həyata keçirilir.
Görüşdə həmkarlar ittifaqları sistemində rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi və üzvlər üçün daha əlçatan mexanizmlərin yaradılması istiqamətində görülən işlər, aparılan islahatlar, reallaşdırılan layihələr, həmçinin maarifləndirmə, gender bərabərliyinin və sağlam əmək mühitinın təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), AHİK-in Layiqli Əmək Səfiri Səbinə Əliyeva iki qurum arasında imzalanacaq Memorandumun insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə əmək və sosial-iqtisadi hüquqların daha effektiv təmini və bu sahədə institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Səbinə Əliyeva Ombudsman təsisatı ilə həmkarlar ittifaqları arasında əməkdaşlığın insan hüquqlarının, əmək və sosial-iqtisadi hüquqların daha səmərəli müdafiəsinə, eləcə də hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, sənəd həmçinin iki qurum arasında əməkdaşlığın yeni mərhələsinin əsasını təşkil etməklə yanaşı, mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Sonra AHİK ilə Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumda AHİK və Ombudsman Aparatı arasında əməkdaşlığın gücləndirilməsi, əmək və sosial hüquqların müdafiəsi, birgə təlimlərin keçirilməsi və digər məsələlər nəzərdə tutulur.
Görüş çərçivəsində AHİK-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.




Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12 may 2026, Çərşənbə axşamı
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar
17 noyabr 2025, Bazar ertəsi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Vəkillər Kollegiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb -Fotolar
04 noyabr 2025, Çərşənbə axşamı
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar -Fotolar
09 fevral 2026, Bazar ertəsi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub -Fotolar
Şərhlər (0)
