Telefon:
+994 55 670 70 88
Xəbərçi » Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür

Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür

29 aprel 2026, Çərşənbə
1
0

qebelede-azerbaycan-cexiya-biznes-forumu-kecirildi

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Zəngin təbii resurslara, yaşıl enerji mənbələrinə, təbii qaza, neftə sahib olan Azərbaycan Avropa ölkələri üçün əvəzedilməz tərəfdaş ölkədir. Dövlətimiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropa ölkələrində mühüm rol oynayıb. Azərbaycan 2021-ci ildən bəri Avropaya təbii qaz tədarükünü 56 faizdən çox artırıb, Trans-Adriatik Qaz Kəmərinin (TAP) ötürmə gücü isə 1,2 milyard kubmetr genişləndirilib. Azərbaycan, həmçinin Suriya, Almaniya və Avstriyaya qaz tədarükünə başlayaraq təchizat şəbəkəsini Cənub-Şərqi Avropadan Yaxın Şərqə və Mərkəzi Avropaya qədər genişləndirib. Hazırda Azərbaycan qazı 10-u Avropa İttifaqına üzv olmaqla ümumilikdə 16 ölkəyə ixrac olunur.


 

Şərh yaz
Şərhlər (0)