Rusiya yük təyyarələri Tehrana endi - Nə daşıyırlar?
Rusiya yük təyyarələri Tehrana eniş edib və İrandan xeyli miqdarda qızıl çıxarılıb.
Belə bir sensasiyalı iddia ilə britaniyalı deputat, təhlükəsizlik məsələləri üzrə sabiq kiçik nazir Tom Tugendhat çıxış edib.
Onun sözlərinə görə, bu, İran rəhbərliyinin hakimiyyətin mümkün çöküşünə hazırlaşdığını göstərə bilər.
"Biz Rusiya yük təyyarələrinin Tehrana eniş etdiyini görürük, onların ehtimal ki, silah və sursat daşıdığı və İrandan külli miqdarda qızıl çıxarıldığı barədə məlumatlar alırıq", - o, bildirib.
Qeyd edək ki, İranda dolların kəskin bahalaşması və iqtisadi çöküşə görə kütləvi aksiyalar keçirilir. (Axar.az)
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
08 yanvar 2026, Cümə axşamı
İrana OD QOYURLAR: Qasım Süleymaninin abidəsi YANDIRILDI, şəhərlər ƏLƏ KEÇİRİLDİ, xalq ATƏŞ AÇDI
07 yanvar 2026, Çərşənbə
Şok iddia: Rusiya İrandan tonlarla qızıl çıxarır? – rejimin süqut hazırlığı gündəmdə
Şərhlər (0)

