Enerji ucuzlaşacaq, investisiyalar artacaq
Ukraynada atəşkəsin əldə olunması və ya Rusiya ilə davamlı sülhün bərqərar olması Avropada iqtisadi canlanmanı sürətləndirə bilər.
Bu barədə "Financial Times" yazır.
Nəşrin təhlilinə görə, münaqişənin dayandırılması enerji daşıyıcılarının qiymətlərinin azalmasına, investisiyaların və ixracın artmasına səbəb ola, nəticədə isə “müsbət iqtisadi dövr” və hətta “Avropa renessansı” yarada bilər. Lakin bu proqnoz yalnız müharibənin Ukrayna üçün əlverişsiz şərtlərlə başa çatmaması, eləcə də vergi stimullarının tətbiqi və istehlak xərclərinin artırılması şərti ilə mümkün sayılır.
"Financial Times" bu mövzu ilə bağlı 88 iqtisadçı arasında sorğu keçirib. Respondentlərin əksəriyyəti Avropa ölkələrində 2026-cı ildə gözlənilən iqtisadi yüksəlişi Almaniyanın 1 trilyon avro həcmində infrastruktur və müdafiə xərcləri planları ilə əlaqələndirib.
Bununla belə, ekspert rəyləri tam yekdil deyil. Bəzi iqtisadçılar hesab edirlər ki, hətta iri həcmli dövlət xərcləri belə struktur problemləri və geosiyasi qeyri-müəyyənliyi aradan qaldırmaq üçün yetərli olmaya bilər.
Nəşr vurğulayır ki, Avropanın iqtisadi gələcəyi təkcə Ukraynadakı müharibənin taleyindən deyil, həm də aparıcı ölkələrin fiskal siyasətindən və qlobal siyasi risklərin necə idarə olunacağından asılı olacaq.
Daha çox xəbər:
01 dekabr 2025, Bazar ertəsi
Kreml NATO ilə "böyük savaşı" rəsmən anons etdi: Qərbdə dərhal Rusiya ilə qaçılmaz müharibənin gerisayımı başladı
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
14 noyabr 2025, Cümə
"Ukrayna sindromu" Qərbi iflic edir, Avropada sabitliyi pozur: ABŞ geri çəkilsə də, Rusiya qlobal savaşın vaxtını belə, artıq təyin edib
18 noyabr 2025, Çərşənbə axşamı
NATO Rusiya ilə savaşın vaxtını daha önə çəkdi: ABŞ Rusiya ilə yanaşı, onun müttəfiqlərini də “vuracaq”
Şərhlər (0)
