Вернуться назад Распечатать

Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq - YENİ QƏRAR

Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq - YENİ QƏRAR
 
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
 
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılır.
 
Qeyd edək ki, bundan öncə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılmışdı.
 
Xatırladaq ki, karantin rejiminin əsas məhdudiyyətlərindən biri quru sərhədlərin bağlı qalmasıdır.