Вернуться назад Распечатать

Almaniyanın yeni səfiri Bakıdadır - Fotolar

Almaniyanın yeni səfiri Bakıdadır - Fotolar
 
Almaniyanın Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölke Bakıya gəlib.
 
Bu barədə məlumatı Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesablarında açıqlayıb.
 
“Qarşıdan gələn illərdə Almaniya-Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm”, - deyə bu gün Bakıda fəaliyyətinə başlayan səfir bildirib.
 
Xatırladaq ki, D.Lölke bu postda Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Ralf Horlemannı əvəz edib.