Вернуться назад Распечатать

Azərbaycanda 37 fələstinli tələbə təhsil alır

Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
 
Azərbaycanda hazırda 37 fələstinli tələbə təhsil alır.
 
Bu barədə Prezident İlham Əliyevin iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşü zamanı bildirilib.
 
Qeyd olunub ki, "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbə Azərbaycanda təhsil alır.