Вернуться назад Распечатать

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
 
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək.
 
Bu ölkəyə 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda tədarük olunacaq.
 
Qatar bir qədər sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri sansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.