Вернуться назад Распечатать

Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanır

Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanır
 
Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb.
 
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.
 
"Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb. Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində yerində gərgin iş aparır", -deyə o qeyd edib.