Вернуться назад Распечатать

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
 
Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü başlayıb.
 
Görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutur.
 
Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər.
 
***
 
Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşəcək.
 
Görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutacaq.