Вернуться назад Распечатать

Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb

Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb
 
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
 
Taxılın ümumi çəkisi 488 tondur.
 
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
 
Sonuncu dəfə martın 11-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 1 023 ton Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı yola salınıb.
 
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.