Вернуться назад Распечатать

Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb - RDY

Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb - RDY
 
Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb.
 
Bunu "Rusiya Dəmir Yolları" (RDY) ASC-nin sədrinin birinci müavini Sergey Pavlov deyib. 
 
Pavlov qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının ardınca uzun illərdən sonra ilk taxıl qatarı 2025-ci ilin noyabr ayında Rusiyadan Ermənistana yola düşüb.
 
"Çatdırılmalar artıq müntəzəm hala gəlib. Biz bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq", - o qeyd edib.