Вернуться назад Распечатать

AFFA Region Liqasında "Ağcabədi FK" ilə keçirilməli olan oyunun baş tutmaması barədə

 
Hörmətli AFFA rəhbərliyi,
Məlumat üçün bildiririk ki, 26 oktyabr 2025-ci il tarixində Regional Liqa çərçivəsində "Ağcabədi" FK ilə qarşılaşmamız nəzərdə tutulmuşdu. Lakin aşağıda qeyd edilən səbəblərə görə oyun baş tutmamışdır.
 
Bildiyiniz kimi, bizi doğma Ağsu stadionunda oynamağa icazə verilmədiyindən, məcburiyyət qarşısında İsmayıllı stadionunda oyunun keçirilməsi qərara alınmışdır.
 
Oyun günü bölgədə Dövlət Başçısının rəsmi səfəri olduğuna görə, ərazidə xidmət aparan bütün polis əməkdaşları təhlükəsizlik tədbirlərinə cəlb olunmuşdu. Matçın başlanmasına 15 dəqiqə qalmış polis əməkdaşı stadionda olsa da, rəhbərliyin göstərişi ilə digər əraziyə yönləndirilmişdir.
 
Oyunun başlanmasından təxminən 45 dəqiqə sonra polis yenidən stadionda olmuş, lakin həmin vaxt hakimlər protokolu bağladıqlarını bildirərək oyunun keçirilməsinə icazə verməmişlər. Rəqib "Ağcabədi" komandası da bu vəziyyətdən istifadə edərək oyuna çıxmaqdan imtina etmişdir.
 
Biz hesab edirik ki, hakim heyəti və Ağcabədi FK bu vəziyyətdə Dövlət Başçısının təhlükəsizliyinin prioritetliyini və yaranmış fövqəladə şəraiti nəzərə almamış, idmanın etik prinsiplərinə və qarşılıqlı anlayış qaydalarına zidd davranmışlar.
 
Yuxarıda qeyd olunanları nəzərə alaraq, hakim heyəti və "Ağcabədi" FK-nın bu məsələ ilə bağlı davranışlarına hüquqi və intizam xarakterli qiymət verilməsini, həmçinin oyunun nəticəsinin bizim günahımız olmadan baş tutmadığı üçün məsələni obyektiv araşdırmağınızı xahiş edirik.
 
1. Oyunla bağlı vəziyyətin obyektiv şəkildə araşdırılmasını,
 
 
2. Hakim heyətinin və "Ağcabədi" FK-nın hərəkətlərinə intizam qiyməti verilməsini,
 
 
3. Oyun nəticəsinin bizim komandadan asılı olmayan səbəblərdən baş tutmadığının rəsmi şəkildə tanınmasını xahiş edirik.